BAKI, 6 oktyabr. TELEQRAF

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirib.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 82:73.

Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.