BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə həll olunacağına əminliyini bir daha ifadə edib.

"Müharibə bitəndə neftin qiyməti xeyli aşağı düşəcək və bu, tezliklə baş verəcək", - deyə Amerika lideri Ağ Evin Cənub Çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp əvvəllər də münaqişənin tezliklə başa çatacağını deyib.