BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ-nin İran neftinə ehtiyacı yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Merilend ştatının Baltimor şəhərində çıxışı zamanı deyib.

Tramp Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altında olduğunu iddia edib.

“Başqa sözlə, Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur. Hazırda vəziyyət belədir”, – Amerika lideri bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun İran neftinə ehtiyacı olmasa da, digər ölkələr üçün bu enerji resursu böyük əhəmiyyət daşıyır:

“Bizim onların neftinə ehtiyacımız yoxdur. Başqalarının isə buna çox ehtiyacı var. Biz onun daşınmasını təmin edirik və bunu rekord səviyyədə həyata keçiririk”.

Tramp, həmçinin Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğulayıb. ABŞ Prezidenti bu məsələnin artıq faktiki olaraq həll edildiyini iddia edib:

“Bu, heç vaxt baş verməyəcək. Bu məsələ artıq həll olunub”.

Tehran dəfələrlə nüvə silahı yaratmağa çalışmadığını bəyan edib. İran tərəfi ölkənin nüvə proqramının dinc məqsədlər daşıdığını bildirir.