BAKI, 6 oktyabr. TELEQRAF
Şimali Kiprin Girnə şəhəri sahillərində avqustun 30-da batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
Teleqraf xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Bununla da qəza nəticəsində ölənlərin sayı 24-ə yüksəlib. Hazırda 4 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub.