BAKI, 6 oktyabr. TELEQRAF

Azərbaycanda 2026-cı ildə neft və digər maye karbohidrogenlərin hasilatının orta hesabla sutkada 0,55 milyon barrel təşkil edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) oktyabr proqnozunda bildirilib.lıb.

Proqnoza görə, göstərici 2025-ci ilin sutkada 0,58 milyon barrel təşkil edən qiymətləndirilən səviyyəsi ilə müqayisədə azalacaq.

2026-cı ilin birinci rübündə hasilat orta hesabla sutkada 0,56 milyon barrel, ikinci rübdə isə 0,55 milyon barrel təşkil edib. Üçüncü və dördüncü rüblərdə bu göstəricinin 0,55 milyon barrel olacağı gözlənilir.

Agentlik həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 520 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 10 min barel çoxdur.