BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ-nin Los-Anceles Beynəlxalq Hava Limanında “Delta Air Lines” və “Air Canada” aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Bildirilib ki, “Delta Air Lines”ın 7 saylı reysini həyata keçirən təyyarə uçuşdan əvvəl hərəkət edərkən onun sol qanadının ucu “Air Canada”nın 785 saylı reysini yerinə yetirən təyyarənin üfüqi stabilizatoruna toxunub.
Hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.
Hadisənin səbəbləri FAA tərəfindən araşdırılır.