BAKI, 26 noyabr. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 26-da Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinka ilə görüşüb.
Teleqraf-a bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.