BAKI, 26 noyabr. TELEQRAF
Politoloq Cümşüd Nuriyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Ermənistanın yeni Konstitusiya layihəsində hansı əsas dəyişikliklər nəzərdə tutulur? Söhbət yalnız dövlət idarəçiliyinin yenilənməsindən gedir, yoxsa Ermənistanın siyasi və ideoloji kursunda da ciddi dəyişikliklər var? Yeni Konstitusiya layihəsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulurmu? Xüsusilə, Ermənistanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı hansı müddəalar diqqət çəkir?
- Bu gün Ermənistanın yaşadıqlarını Azərbaycan 1992-ci ildə yaşayıb. O vaxt da keçmiş Qarabağ problemli ilə bağlı məsələlər olanda ölkə müxalifəti prezidentə qarşı həmin addımı atdı, amma Azərbaycan uduzdu. Bu mənada Ermənistanın Baş naziri Nikol Paşinyan bundan dərs almalıdır. Görünən odur ki, o, bu kimi məsələlərdən də nəticə çıxarır. Paşinyanın ali təhsili yoxdur, onu universitetin 3-cü kursundan qovublar. Amma buna baxmayaraq, o hazırda Ermənistanda real nəticələrə hesablanmış addımlar atmağa çalışır. Çünki İrəvanda da bilirlər ki, Qarabağın azadlığından sonra Azərbaycan özünün əzəli torpağı olan Zəngəzuru geri istəyə bilər. Çünki o vaxt bu torpaqlar qeyri-qanuni olaraq Ermənistana verilib.

- Paşinyanın real Ermənistan ideyası ilə bağlı əsas çağırışlarının mahiyyəti nədən ibarətdir?
- Paşinyan sinəsində “Real Ermənistan”ın xəritəsini ifadə edən yaxa sancağını təsadüfən gəzdirmir. O, bununla mesaj verir ki, Ermənistan ümumilikdə indiki sərhədlər daxilində olan bir ölkədir. Ermənistanın yeni konstitusiya layihəsində də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları birdəfəlik gündəlikdən çıxarılır.
- Ermənistan konstitusiyasında mümkün dəyişikliklərlə bağlı referendumun nə vaxt keçirilməsi proqnozlaşdırılır?
- O bilsin ki, gələn ayın axırı yəni, dekabrın sonu, ya da gələn ilin yanvarında Ermənistanda referendumla bağlı seçkilərin keçirilməsi mümkün olsun. Zənnimcə, Pasxa bayramına qədər bu baş tutacaq. Faktiki olaraq, bu gün Ermənistanda hakimiyyət Paşinyanın əlindədir. O referendumu keçirməklə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya ilə olan münasibətləri də dəyişəcək. Çünki hazırda Cənubi Qafqazda çox ciddi proseslər gedir. Bölgədə gedən proseslər Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Kreml hazırda çox zəifdir və gücsüzdür.

- Zəngəzurdan keçən Tramp marşrutu ilə bağlı artıq real müstəvidə atılan addımların şahidi oluruq. Bu prosesin qısa zamanda yekunlaşması ehtimalı varmı?
- Bu çox vacib bir layihədir. II Qarabağ müharibəsindən öncə bu dəhlizin açılması ilə bağlı verilən mesajlar bu gün də qüvvədədir.