BAKI, 26 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 706 ədəd (18 milyon 601.48 min dollar dəyərində) elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 59,24%, dəyər ifadəsində isə 64,27% azdır.
Hesabat dövründə ölkəyə 1 milyard 289 milyon 833,17 min dollar dəyərində 64 min 898 ədəd avtomobil idxal edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 31,38%, dəyər ifadəsində isə 28,07% azdır.
Ölkəyə gətirilən avtomobillərin 57 min 742 ədədi (33,56) minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub (1 milyard 77 milyon 118.76 min dollar - 33% azalma).