BAKI, 26 noyabr. TELEQRAF

Xaçmazda polis tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq hadisələri törədən E.Orucov saxlanılıb.

Teleqraf xəbər verir ki, onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1500 manat pul, daha sonra isə rayon ərazisində avtomobillərin şüşələrini sındıraraq beş nəqliyyat vasitəsinin salonundan maqnitofon və səs gücləndiriciləri taladığı müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.