BAKI, 26 noyabr. TELEQRAF
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027 mövsümünün I seçmə mərhələsində ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.
Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.