BAKI, 17 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə Rusiya barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Nəşrin yazdığına görə, Nikol Paşinyan Milli Məclisin növbəti iclaslarından əvvəl partiyadaşlarına belə bir xəbərdarlıq edib:
“Susun! Rusiya məsələsinə qarışmayın, bu mövzuda heç nə yazıb-pozmayın. Rusiya ilə bağlı hansısa məsələ olsa, özüm danışacam. Bəsdir, etdiyiniz axmaqlıqların məsuliyyətini mən daşıyıram”.