BAKI, 17 noyabr. TELEQRAF

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

Teleqraf xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3.92 ABŞ dolları və ya 3.82% azalaraq bir barel üçün 98.76 ABŞ dollarına enib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.