BAKI, 17 noyabr. TELEQRAF

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 14-də qeydə alınıb.

Ağayev Xanqulu Əlbaba oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Beşdam kəndindən Siyəzən şəhəri istiqamətində hərəkətdə olarkən Bayramov Mehrac Balaqardaş oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Xəsarət alan Xanqulu Ağayev Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

O, noyabrın 16-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.