BAKI, 12 noyabr. TELEQRAF

“Azad İranın bir gün yenidən sülhü, dostluğu və insan ləyaqətini açıq şəkildə müdafiə edəcəyi günü səbirsizliklə gözləyirəm”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi Auşvits və Birkenau ölüm düşərgələrinə səfərindən sonra X sosial şəbəkəsində yazıb.

O, bu səfərin Holokost soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, bu olayın inkarına və antisemitizmə qarşı mübarizə aparmaq üçün ümumi məsuliyyəti xatırlatdığını bildirib. Həmçinin nifrətin bir daha qalib gəlməsinə imkan verməməyin vacibliyini vurğulayıb.

Rza Pəhləvi həyat yoldaşı Jasmin Pəhləvi ilə birlikdə hər iki düşərgəyə səfəri zamanı onları müşayiət edən və düşərgələr haqqında ətraflı məlumat verən ravvin Marqolinə də təşəkkür edib.