BAKI, 16 noyabr. TELEQRAF
Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə İ. İsmayılov küçəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Həmidə İnqilab qızı Ələkbərbəyli yolu keçərkən minik avtomobili tərəfindən vurulub.
Ağır xəsarət alan gənc qız Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı polis araşdırma aparır.