BAKI, 16 noyabr. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 15-də qeydə alınıb.

Yusifov Əliyəddin Gülümalı oğlu idarə etdiyi avtobusla hərəkətdə olarkən piyada Rzayev Oqtay Əliyusif oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.