BAKI, 16 noyabr. TELEQRAF

Bu gündən ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

Teleqraf xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edir.

Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən məktəblərdə 21 noyabrda, beş günlük iş həftəsi ilə işləyənlərdə isə 23 noyabrda olacaq.

Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.