BAKI, 22 sentyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ABŞ-yə səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfərdə məqsəd BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyasında iştirak etməkdir. Pezeşkian bu məqsədlə sentyabrın 22-25-də ABŞ-də olacaq.