BAKI, 29 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə Prezident Kompleksində görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Özbəkistan lideri Türkiyəyə Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısı münasibətilə səfər edib.