BAKI, 30 oktyabr. TELEQRAF
20 noyabrdan etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının Mətbuat xidməti məlumat yayıb.
Qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.
Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılmışdı.
Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.