BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ vasitəçilərə İranın nüvə proqramından imtina etməsinin istənilən danışıqların əsas şərti olacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, vasitəçilər İranla nüvə obyektlərinə beynəlxalq müfəttişlərin buraxılması müqabilində ölkənin dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması məsələsini də müzakirə edirlər.