BAKI, 30 oktyabr. TELEQRAF
Oktyabrda Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə 5 depozit hərracı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, hərraclarda vahid xəzinə hesabının qalığının ümumilikdə 704 milyon manat məbləğində milli valyutada olan vəsaitləri ölkənin kommersiya banklarında müddətli depozitə yerləşdirilib.