BAKI, 29 oktyabr. TELEQRAF
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış Məkkə Müdafiə Sazişi yeni üzvlərin qoşulması üçün açıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü deyib.
O qeyd edib ki, bu proses NATO-ya yeni üzvlərin qəbul edilməsi proseduruna bənzər şəkildə, üç ölkənin qərarı ilə həyata keçirilə bilər.
“Saziş yeni üzvlərin qəbuluna açıqdır. Yaxın gələcəkdə alyansın genişləndirilməsi planlaşdırılır. Bu, NATO-ya üzvlük proseduruna bənzər şəkildə, üç ölkənin qərarı ilə həyata keçirilə bilər. Türkiyədə də, NATO ölkələrində olduğu kimi, bu məsələ parlamentin təsdiqinə təqdim ediləcək”, - Gümrükçü vurğulayıb.
Diplomat əlavə edib ki, Məkkə Müdafiə İttifaqı heç bir ölkəyə qarşı yönəlməyib, buna görə də sazişdə ümumi və ya konkret təhlükə anlayışı yer almır.
Məkkə Sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsi bu həftə parlamentin Xarici Əlaqələr Komissiyasından keçib. İndi isə sənədin qanunverici orqanın plenar iclasında bütövlükdə təsdiqlənməsi gözlənilir.