BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ hərbi qüvvələri Prezident Donald Trampın İrana qarşı zərbələri yenidən başlatmaq imkanını təmin etmək məqsədilə Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələrinin regionda yerdəyişməsi Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə müxtəlif fəaliyyət ssenarilərinə hazırlıq məqsədi daşıyır.