BAKI, 29 oktyabr. TELEQRAF

İran hərbi strukturları ilə əlaqəli 5000-dən çox qurumdan ibarət gizli şəbəkə vasitəsilə Qərb sanksiyalarından və ABŞ-nin dəniz blokadasından yan keçərək, raket və dron proqramları üçün tələb olunan milyardlarla dollarlıq avadanlığı ölkəyə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin araşdırmasına görə, bu qurumlardan yalnız biri 2024-cü ilin dekabrından 2026-cı ilin iyulunadək 2,3 milyard dollar dəyərində hərbi təyinatlı avadanlıq idxal edib. Bu yüklərə partlayıcı maddələr, raket yanacağının hazırlanmasında istifadə olunan birləşmələr, silah hissələri və ağır yük maşınları daxil olub.

“Reuters” qeyd edib ki, şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəlidir. Avadanlıqların böyük hissəsi mənşə ölkəsi kimi Çin, Rusiya və Avropa ölkələri göstərilməklə İrana gətirilib.

Əldə edilmiş məlumatlara əsasən, yüklərin 97 faizinin ödənişi birbaşa valyuta köçürmələri olmadan həyata keçirilib. Xarici vasitəçilər qanunsuz neft satışından əldə edilən gəlirlərdən istifadə edərək avadanlıqları satın alıblar.

Qeyd olunub ki, İranın hərbi avadanlıq idxalı hətta müharibə və ABŞ-nin dəniz blokadası dövründə də davam edib.