BAKI, 30 oktyabr. TELEQRAF
“Yeni Konstitusiya layihəsinin rədd ediləcəyi təqdirdə hakimiyyətin istefası variantı ilə bağlı xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın təklifi hakim partiya daxilində razılaşdırılmış ssenari deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
Spiker layihə qəbul edilməsə, müxalifətin hakimiyyətin istefasını tələb etmək üçün daha güclü arqumentinin olacağını da bildirib.
Rubinyan konstitusiya prosesinin dalana dirənməsi barədə fikirlə də razılaşmayıb. Qeyd edib ki, müxtəlif ssenarilərin müzakirə olunması özü-özlüyündə həll yollarının axtarıldığını göstərir.
Xatırladaq ki, oktyabrın 28-də parlamentdə hökumətlə sual-cavab zamanı Ararat Mirzoyan müxalifətə yeni konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyi təklif etmiş, layihənin xalq tərəfindən rədd ediləcəyi təqdirdə hakimiyyətin istefası variantını da gündəmə gətirmişdi.