BAKI, 30 oktyabr. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
Simonyanın rəhbərlik etdiyi Ermənistan Təhlükəsizlik Şurasının nümayəndə heyəti 8-9 noyabr tarixlərində MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü iclasında iştirak edəcək.
Simonyanla yanaşı, Təhlükəsizlik Şurası aparatının rəhbəri Vanik Avetisyan və katibin müşavirləri Anahit Poqosyan və Aşxen Ayrapetyan da Moskvaya gedəcək.