BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında Amerikanın MQM-170 kəşfiyyat dronunun məhv edilməsi iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un sözçüsü Tim Hokins bildirib.

“SEPAH son həftələr və aylarda dəfələrlə çarəsizlikdən yalan məlumat yayıb. Bu da istisna deyil”, - o deyib.

SEPAH oktyabrın 29-da Hörmüz boğazında ABŞ-nin MQM-170 kəşfiyyat dronunun məhv edildiyini açıqlamışdı.