Avropa birjalarında qazın spot qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq min kubmetr üçün 1200 dolları ötüb.

Teleqraf xəbər verir ki,TTF habında 1000 kubmetr qaz 1204 dollara, yaxud meqavat-saat (MVt-saat) üçün təxminən 104 avroya çatıb.

Niderlanddakı TTF qovşağında dekabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 1000 kubmetr üzrə 1190 dollara – və ya meqavat-saat (MWh) üçün 102,76 avroya – yüksəlib.

Mənbələrə görə, qaz anbarlarındakı ehtiyatların rekord dərəcədə aşağı olması və Yaxın Şərqdə davam edən münaqişə fonunda Avropada qazın qiyməti artır.

"Gazprom"un baş icraçı direktoru Aleksey Miller qiymətlərin qışın soyuq keçəcəyi təqdirdə Avropada qiymətlərin 2500 dollara çata biləcəyini açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin Avropada qazın qiymətlərinin 1000 kubmetr üçün 1500 dollara yüksələcəyi ehtimalını istisna etməyib.