BAKI, 29 oktyabr. TELEQRAF

İsrail enerji obyektləri də daxil olmaqla, İrandakı hədəflərə zərbə endirmək üçün ABŞ Prezidenti Donald Trampın razılığını almağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə İsrail rəsmilərinə istinadla “Kan” telekanalı məlumat yayıb.

İsrail rəsmisinin sözlərinə görə, Təl-Əviv Tramp administrasiyasının indiyədək hücumlara razı olmadığı hədəfləri vurmaq üçün razılıq əldə etmək istəyir.

Mənbə nəzərdə tutulan hədəflər və ya mümkün hücumun vaxtı barədə əlavə təfərrüat açıqlamayıb.