BAKI, 29 oktyabr. TELEQRAF
“İran heç vaxt düşmən qarşısında baş əyməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran ordusunun Baş Qərargah rəisi Həbibullah Səyyari deyib.
“Dünyanın ən böyük hərbi gücü (ABŞ) ilə döyüşmək zarafat deyil, amma xalqımız möhkəm dayandı və vuruşdu, çünki xalqımızın lüğətində “təslim olmaq” sözü yoxdur”, - o bildirib .
Səyyari iddia edib ki, ABŞ hər üç müharibədə məğlub olub, məqsədlərinə çata bilməyib və İran onun qalib gəlməsinə mane olub: “İran İslam Respublikası döyüş meydanında qalib olaraq qalır və düşmən qarşısında əyməyəcək”.