BAKI, 29 oktyabr. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbas Kipr Respublikasına işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Kipr hökumətinin mətbuat katibi Konstantinos Letimbiotis məlumat verib.

M.Abbas səfər çərçivəsində Kipr Prezidenti Nikos Xristodulidis ilə danışıqlar aparacaq.

Letimbiotisin sözlərinə görə, Abbasın səfəri oktyabrın 29-dan 30-dək davam edəcək. Tərəflər bu gün Prezident sarayında görüş keçirəcək, daha sonra isə işgüzar nahar olacaq.

Danışıqların gündəliyində ikitərəfli münasibətlər, regiondakı vəziyyət, Avropa İttifaqı (Aİ) ilə Fələstin arasındakı əlaqələr, eləcə də Kipr probleminin həlli məsələsi yer alır.