BAKI, 29 oktyabr. TELEQRAF

“Region ölkələri öz təhlükəsizliklərini özləri təmin edə bilərlər və bunun üçün ABŞ-yə ehtiyac yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Regionun təhlükəsizliyini özümüz qoruya bilərik. Dünyanın o biri başından kiminsə gəlib güc nümayiş etdirərək regionun təhlükəsizliyini təmin etməyə çalışmasına ehtiyac yoxdur”, - dövlət başçısı bildirib.

Pezeşkian həmçinin dünyadakı müharibələri və hərbi əməliyyatları tənqid edib: “Yer üzündə bütün bu müharibələr və cinayətlər qalstuk taxan bu cinayətkarlar tərəfindən törədilir”.