BAKI, 30 oktyabr. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kursk vilayətində “İskəndər-M” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu Kursk vilayətinin Fatej rayonu yaxınlığında, ballistik raketlərin yüklənməsi məntəqəsinin ərazisində “İskəndər-M” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu vurub.
Rusiya ordusunun Ukraynanın Donetsk və Xarkov vilayətlərində yerləşən sursat anbarlarına da zərbələr endirilib.
Luqansk vilayətində isə Rusiyanın maddi-texniki təchizat anbarı və təmir-bərpa bazası da zərbəyə məruz qalıb.