İsrail ordusu və təhlükəsizlik xidməti Qəzza zolağının cənubunda keçirdiyi dəqiq əməliyyatla HƏMAS-ın xüsusi təyinatlı komandiri Səkr Əbu Kərimi məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail tərəfi rəsmi bəyanat yayıb.

Məlumata görə, öldürülən komandir 2023-cü il 7 oktyabrda İsrailin Kisufim bölgəsinə edilən qanlı hücumun əsas təşkilatçılarından biri olub.

Bildirilib ki, Əbu Kərim son aylarda əldə olunmuş atəşkəs razılaşmasını pozub, evində böyük silah anbarı saxlayıb və yeni hücumlar üçün terrorçulara təlim keçib. Hava zərbəsi zamanı onunla bərabər HƏMAS-ın bir rabitəçisi də öldürülüb.

İsrail ordusu mülki insanların zərər görməməsi üçün dəqiq raketlərdən istifadə etdiyini və hər hansı bir təhlükəyə qarşı bölgədə əməliyyatları davam etdirəcəyini bəyan edib.