GƏNCƏ, 28 iyul. TELEQRAF
Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.