BAKI, 27 iyul. TELEQRAF

İran tezliklə Yəməndə “Ənsarallah” Hərəkatına və ya husilərə dəstəyi dayandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Iran International” məlumat yayıb.

“Görünən odur ki, Yəməndə husilərlə bağlı məsələ sona yaxınlaşır. Ehtimal ki, yaxın günlərdə İranın husilərə dəstəyi böyük ölçüdə başa çatacaq”, - mənbə bildirib.