BAKI, 27 iyul. TELEQRAF

Afrikada xroniki aclıq problemi rekord həddə çatıb.

Teleqraf xəbər verir ki, BMT-nin aidiyyəti qurumlarının birgə hazırladığı son hesabata əsasən, qitədə xroniki aclıqdan əziyyət çəkən insanların sayı ilk dəfə Asiyanı geridə qoyaraq 309,2 milyona yüksəlib.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə dünya üzrə xroniki aclıq yaşayan insanların ümumi sayı 644,6 milyona qədər azalsa da, Afrikada əhalinin sürətli artımı səbəbindən bu göstərici 307,3 milyondan 309,2 milyona yüksəlib.

Hazırda dünyada xroniki aclıqdan əziyyət çəkən insanların təxminən 48 faizi Afrikanın payına düşür.

Bildirilir ki, qarşısı alınmasa, 2030-cu ildə dünyada aclıqdan əziyyət çəkənlərin təxminən 56 faizi məhz Afrikada olacaq.

Hesabata görə, acınacaqlı vəziyyətin əsas səbəbləri silahlı münaqişələr, iqlim dəyişikliyi, iqtisadi çətinliklər və ərzaq məhsullarının yüksək qiymətləridir.