BAKI, 27 iyul. TELEQRAF
“Hazırda prosesin daha həssas mərhələsindəyik, “Terrorsuz Türkiyə” prosesində əsas məsələ məhz indi başlayır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik deyib.
“Yeni mərhələ silahların təhvil verilməsinin təmin edilməsi və “terrorsuz region” məqsədinə nail olmaq üçün hüquqi çərçivənin formalaşdırılmasıdır. Bununla bağlı çoxsaylı iclaslar keçiririk, demək olar, hər gün işləyirik.
Əslində, müəyyən mənada əsas proses indi başlayır. Hüquqi bazanın yaradılması son dərəcə vacibdir. Bununla yanaşı, siyasi mühit də böyük əhəmiyyət daşıyır”, - AKP rəsmisi vurğulayıb.