BAKI, 27 iyul. TELEQRAF
“İsrail İranın hərbi rəhbərlərini hədəfə alıb, amma Tehran dəfələrlə belə bəyanatlar versə də, analoji cavab verə bilməyib”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.
“İsrail hərbi rəhbərlərimizi və komandirlərimizi vurdu, özü də biz bunu bilmədən. Birinci, ikinci və üçüncü səviyyəli rəhbərləri hədəfə alır, sonra da bunu etdiyini açıqlayır. Biz isə “vuracağıq, vuracağıq” deyirik, amma sonda bunu bacarmırıq”, - o bildirib.
Deputat qeyd edib ki, hazırda ABŞ və İsraildən qisas almaq mümkün olmasa da, İran bunu gələcəkdə edəcək: “Bəlkə də bu gün ABŞ və İsraildən qisas almaq üçün imkanlarımız yoxdur, amma gələcəkdə bunu edəcəyik”.
Bəxşayeş Ərdəstani əlavə edib ki, qisasın alınmasında mütləq insanın əli olmalı deyil, təbiətin də bu işdə rolu ola bilər.