BAKI, 27 iyul. TELEQRAF

Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən tərəflər ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması istiqamətində ciddi uğur qazanıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, danışıqlarda böyük irəliləyiş var.

Qətər və Pakistanın başçılıq etdiyi vasitəçilər qrupu Vaşinqton və Tehran arasında yenidən atəşkəsin təmin olunması üçün çalışır.

Bununla yanaşı, İran və Omanla birgə gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi mexanizminin yaradılması üzərində də iş aparılır.