BAKI, 27 iyul. TELEQRAF
ABŞ-nin Ankaradakı səfiri, Prezident Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barrak Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
T.Barrak bildirib ki, görüşdə iki ölkə arasındakı tərəfdaşlıq, eləcə də regionda sabitlik, təhlükəsizlik və inkişafın təmin olunması kimi birgə maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb.
O, mövcud çətinliklərin öhdəsindən gəlmək və yeni imkanları dəyərləndirmək üçün Türkiyə ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb.