BAKI, 27 iyul. TELEQRAF
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İraq ərazisindən krallığın neft obyektlərinə doğru atılan bir neçə dronu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki bildirib.
“Son bir neçə saat ərzində hava hücumundan müdafiə qüvvələri Əş-Şərqiyyə əyalətində və Ər-Riyadda neft obyektlərinə hücuma cəhd edən bir neçə dronu ələ keçirərək, məhv edib”, - əl-Maliki vurğulayıb.