BAKI, 27 iyul. TELEQRAF

CƏLİLABAD, 27 iyul. TELEQRAF

Cəlilabad sakini Masallı rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.

O, müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.