BAKI, 27 iyul. TELEQRAF
“Rusiya və Çin ABŞ ilə son müharibədə İrana dəstək verib”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.
Deputat Pekinin İrana peyk məlumatları təqdim etdiyini təsdiqləyərək bildirib ki, Çin və Rusiya faktiki olaraq İrana dəstək verir: “Çindən silah almırıq, informasiya dəstəyi alırıq. Yəni onların peykləri bizə kömək edir”.
Ərdəstaninin sözlərinə görə, Çin və Rusiyanın İrana kömək etmədiyini deməsi təbiidir, amma reallıqda kömək edirlər.
“Biz də Ukraynadakı müharibədə Rusiyaya kömək edirik, onlara dronların istehsalı üçün zavod vermişik”, - İran parlamentinin üzvü əlavə edib.