BAKI, 27 iyul. TELEQRAF

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strategiyası təkcə ABŞ-nin bölgə ölkələrindəki hərbi bazalarına hücumla məhdudlaşmayacaq”.

Teleqraf xəbər verir ki, bunu SEPAH komandanının müşaviri Həmid Müqəddəsfər deyib.

O, həmçinin Hörmüz boğazı ilə bağlı bildirib ki, Omanın təklifləri İranın bu su yolu üzərindəki suverenliyinə xələl gətirməməlidir.

“Hörmüz boğazı bizim qırmızı xəttimizdir”, - Müqəddəsfər əlavə edib.