BAKI, 28 iyul. TELEQRAF

Yay fasiləsində “Qarabağ”dan ayrılan Emmanuel Addai karyerasını Belçikada davam etdirəcək.

Teleqraf xəbər verir ki, 24 yaşlı qanalı vinger “OH Leuven” klubu ilə rəsmi müqavilə imzalayıb.

Onun yeni klubu ilə anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Addai transferi ilə bağlı təəssüratlarını da bölüşüb:

“Hücum etməyi, boş sahələr tapmağı, müdafiəçilərə meydan oxumağı və futbol oynamaqdan qorxmadığımı göstərməyi sevirəm. Bu, komandanın meydanda nümayiş etdirmək istədiyi üsluba tamamilə uyğundur”.

Qeyd edək ki, Emmanuel Addai ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.