LƏNKƏRAN, 27 iyul. TELEQRAF
Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar kütləvi şəkildə tələf olmağa başlayıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, toyuqlar arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur.
Sakinlər bildirirlər ki, xəstəlik qısa müddət ərzində ev quşları arasında sürətlə yayılır.
Sakinlərin sözlərinə görə, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də gözlənilən nəticəni vermir.
Ev quşlarının kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.