BAKI, 27 iyul. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İsrail hərbi qüvvələrinin Qəzza zolağı, Livan və Suriyadan geri çəkilməsi tələbini qəbul etməyərək, Amerikanın bu istəyinə rədd cavabı verəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N13 telekanalı məlumat yayıb.

Baş nazir hökumət üzvləri ilə söhbətində ABŞ-nin İsrail ordusunun həmin üç bölgədən çıxmasını israrla istədiyini deyib.

Netanyahu bu tələblə razılaşmayacağını çox açıq şəkildə dilə gətirib:

"Mən onlara "yox" deyəcəyəm".